Bakı metrosunun ənənəvi problemi: 30 saniyəyə onlarla insan qatara necə minib-düşsün? - RƏSMİ CAVAB

"Bakı Metropoliteni" QSC hansı tədbirləri görür?

Bakı metrosunda sərnişin sıxlığı çox olan stansiyalarda vaqonların dayanma müddəti 30, digər stansiyalarda isə 20 saniyədir. Günün pik saatlarında isə sərnişinlərin vaqonlardan çıxıb daxil olması üçün 30 saniyə kifayət etmir – düşənlər olsa da, minmək istəyənlərə vaxt çatmır və maşinist qapıları bağlayır. Bu vəziyyət isə sərnişinlərin narazılığına səbəb olur, həmçinin növbəti qatarı daha çox sərnişinin gözləməsi deməkdir. Maraqlıdır, bu kimi halların nəzarətdə saxlanılması üçün “Bakı Metropoliteni” QSC hansı tədbirləri görür?

BakuCity.az məsələ ilə bağlı QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədova müraciət edib. B.Məmmədov qeyd edib ki, metroda qatarların hərəkəti dəqiqə və saniyələr üzərində qurulur, həmçinin yerüstü nəqliyyatdan fərqli olaraq daha sərt qrafik tətbiq olunur. Bu səbəbdən 20 və 30 saniyəlik dayanma müddəti optimal variantdır:

“Ümumən qatarların dayanma müddəti sərnişin sıxlığı çox olan stansiyalarda 30, digər stansiyalarda 20 saniyədir. Hətta minib-düşən olmasa belə bu qaydalara maşinist riayət edir və buna nəzarət var. Qatarın dayanma müddəti sərnişinin maksimum minib-düşmə imkanlarını da nəzərə alır. Bu və digər məsələlərlə bağlı daimi monitorinqlər, təhlillər aparılır. Qatarlar stansiyalarda uzun müddət, yəni 1 dəqiqə və daha artıq gözləsə, hərəkət intensivliyi aşağı düşəcək. Yəni “Koroğlu”dan “28 May”a 12 dəqiqəyə gəlirsə, bu halda məsafə 15-20 dəqiqəyə qədər uzanacaq. Bu isə metroda hərəkətin təşkili ilə bağlı başqa problemlərə, sərnişin sıxlığının bir qədər də artmasına, daşınma keyfiyyətinin tam aşağı düşməsinə səbəb olar”.

Metropoliten rəsmisi bildirib ki, əsasən, səhər pik saatlarda "Koroğlu" stansiyasında minənlər, axşam isə düşənlər çox olur. Qatar səhər artıq bu stansiyaya sərnişin sıxlığı ilə gəlir və düşənlərdən çox minənlər olur. Bu zaman qatara həmin müddət ərzində minib-düşmə imkanları maksimum nəzərə alınır:

“Qatarın orada 1 dəqiqə dayanması problemi həll etməyəcək. Çünki minə biləcək sərnişinlər 30 saniyə ərzində artıq vaqonlara daxil olur. Ondan sonra sərnişinlə dolu qatarın stansiyada dayanıb gözləməsi də effektiv olmayacaq, əksinə, sərnişinlər daha çox narahat olacaq”.

Həmçinin oxu: Bakı metrosunun bu stansiyası bağlanacaq? - RƏSMİ

Onun fikrincə, son vaxtlar bu mənada müsbət tendensiyaya meyillilik hiss olunur. Bunun əsas səbəbi məhz sərnişinlərin ictimai fəal mövqe tutmasıdır:

“Bu məsələlərə daha həssas yanaşanların, mövqeyini bildirməkdən çəkinməyənlərin sayının artması müsbət haldır. Çünki istifadə qaydaları sərnişinlərə sadəcə qadağalar qoymur, həm də hüquqlar verir. Sərnişinlər vaqonda düşənlərə yol verəndə, qapı ağzında dayanmayanda, həmçinin stansiyada da eyni qayda ilə düşənlərə yol verəndə böyük problem yaşanmır.

Bunu, demək olar, hər gün müşahidə edirəm və sərnişinlər arasında bu təbliğat işini aparıram. Nəticədə bu, hamımızın marağındadır, həm də cəmiyyətdə qarşılıqlı hörmətin təməlidir. Təsəvvür edin ki, hər hansısa sərnişin tələsə-tələsə qarşısındakı itələyib onun əvəzinə vaqona girməyə çalışmayınca nizamlı hərəkət olur. Bir nəfərin “tələsirəm” deyib qarışıqlıq yaratması ilə nizam itir, avtomatik olaraq sərnişinlərin bir-birini itələməsi və qarışıqlığın yaranması müşahidə olunur. Amma kimsə həmin tələsən adama ciddi irad bildirəndə dərhal sakitlik yaranır. Bu halda qatarın qapısını tutub saxlanması isə nəticədə ümumi intervalın artması, qrafikin pozulmasına gətirib çıxarır. Bundan da bir sərnişin kimi hamımız əziyyət çəkirik”.

Metropoliten rəsmisinin fikrincə, bu kimi bir çox bəzi məsələləri metropoliten işçiləri ilə yanaşı, sərnişinlər də tənzimləməlidirlər. İlk növbədə isə platforma boyunca bərabər paylanmaya diqqət etməlidirlər.

Nazirlər Kabinetinin təsdiq etdiyi istifadə qaydalarında da sərnişinlərin qatarda və stansiyalarda minib-düşmə qaydalarına riayət etməli olduqları qeyd olunub.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı metro sıxlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az