Hər zövqə görə balıq yeməkləri
Bakıda, xüsusilə, soyuq mövsümdə balıq yeməklərini bəyənməyən az adam tapılar. Paytaxtda yalnız balıq yeməkləri təqdim edən bir neçə restoran var. Həm də elə məkanlar var ki, orada standart menyudan əlavə, müxtəlif növ balıqlardan hazırlanan yeməkləri də seçmək olar.
BakuCity.az nərə balığı, qızılbalıq, kütüm, alabalıq, ağbalıq, karp, kefal və digər balıqların dadına baxa biləcəyiniz restoranların kiçik siyahısını hazırlayıb.
Darya Fish House
Xəzər dənizinin sahilində yerləşən balıq konsepsiyası ilə populyar olan Bakı restoranlarından biridir. Bu müəssisə ailəvi tədbirlər üçün idealdır və paytaxt qonaqları arasında da məşhurdur.
Burada qiymətlər olduqca münasibdir. Menyuya kütüm, alabalıq, kefal, karp, sıf kimi balıqlar daxildir. Yeməklər daha ləzzətli olsun deyə, narşərab (1 manat), turşu (1 manat), zeytun (2 manat), manqal salatı (2 manat) və digər qəlyanaltılar sifariş edə bilərsiniz.
Shafa Fish Garden
Dəniz kənarında yerləşir. Ailəvi yığıncaqlar üçün əla məkandır, oyun meydançası da var.
Balıq yeməkləri həmişə təzə göyərti və tərəvəzlərlə təqdim edilir. Restoranın qonaqları aşpaza çox vaxt alabalıq sifariş edirlər.
Farel
Bu restoran şəhər ətrafında yerləşir və sanki qədim bir kənddə təbiətlə təmasda olmaq təəssüratı yaradır.
Restoranda ən populyar yemək közdə bişirilən nərə balığıdır. Restoranın müştəriləri ən çox bu yeməyi sifariş verirlər.
Nar And Sharab
Burada müxtəlif balıq yeməklərini, habelə zərif ləzzət sayılan qırmızı və qara kürünü sınaya bilərsiniz.
Kürü yalnız soyuq qəlyanaltı kimi deyil, isti yeməklərdə də verilir. Bu restoranda balıq yeməklərinin seçimi olduqca zəngindir.
Həmçinin oxu: Bakıda xaş mövsümü başladı – Həkim məsləhəti və restorandakı QİYMƏTLƏR
Fisincan
Restoranda yalnız balıq yeməkləri deyil, digər yeməklər də olduqca zəngindir: plovun müxtəlif növləri, salatlar, pizza, qəlyanaltılar və əlbəttə ki, balıq.
Restoranın interyerini də qeyd etmək lazımdır: bura meqapolis arasında divarları boz daşlarla əhatələnmiş qədim Azərbaycan evlərinə bənzəyir və belə dizayn insanda rahatlıq hissi yaradır.
Sherlocks
Paytaxtın balıq yeməklərinin zəngin seçimi ilə fərqlənən restoranıdır. Məkanın salonu zərifliyi və rahatlığı ilə diqqəti çəkən Avropa üslubunda hazırlanıb.
Restoranın özəlliklərindən biri hər axşam xarici musiqilərin yeni janrlarının təqdim olunmasıdır.
L'Avenue
Balıq yeməklərinin pərəstişkarlarının sevdiyi digər məkanlardan biri də Xəzər dənizi sahilində, Bayraq Meydanı yaxınlığında yerləşən bu lüks restorandır.
BülBül Balıq Evi
Bu balıq evi Bibi Heybət məscidinin yaxınlığında yerləşir. Dənizə baxan geniş panoramalı pəncərələri olan bir restorandır. Burada ənənəvi balıq yeməklərinin seçimi olduqca müxtəlifdir və bütün bunlar ən cəlbedici qiymətlərlə sizə təqdim olunur. Buradakı müxtəlif qəlyanaltılar, souslar, turşular və narşərabları 1-4 manata almaq olar.
Restoran | Balıqlar | Qiymətlər |
Darya Fish House | Kütüm (ziyad) | 10 - 12 AZN |
| Kefal | 10 - 13 AZN |
| Karp | 8 - 10 AZN |
| Sıf (sudak) | 8-10 AZN |
| Alabalıq (forel) | 8 - 11 AZN |
| Volqa sıfı (berş) | 8 - 11 AZN |
| Balıq buğlaması | 18 AZN |
| Turş sousda balıq | 18 AZN |
Shafa Fish Garden | Kütüm | 12 AZN |
| Alabalıq | 11 AZN |
| Nərə balığı | 30 AZN |
Farel | Alabalıq | 6-35 AZN |
| Nərə balığı | 20-25 AZN |
| Kütüm | 15 AZN |
| Volqa sıfı | 30 AZN |
Nar And Sharab | Balıq qutabı kürü ilə | 6 AZN |
| Qızılbalıqdan Sezar salatı | 10 AZN |
| Nərə kababı | 12 AZN |
| Qızılbalıq kababı | 25 AZN |
| Kefal kababı | 13 AZN |
| Nərə balığı nar sousunda | 36 AZN |
| Qızılbalıq şərab sousunda | 26 AZN |
| Norveç qızılbalığı | 18 AZN |
| Çay alabalığı | 16 AZN |
| Xəmirdə sıf | 13 AZN |
| Turş sousda qızılbalıq | 36 AZN |
Fisincan | Quşüzümü sousunda nərə balığı | 22 AZN |
| Taxta lövhədə balıq | 22 AZN |
| Qızardılmış alabalıq | 10 AZN |
| Qoza (çəkilmiş) batırılmışalabalıq | 11 AZN |
| Qızardılmış kütüm | 13 AZN |
| Qızardılmış nərə | 16 AZN |
| Dəmir torda qızardılmış nərə | 16 AZN |
| Kütüm ləvəngisi | 16-19 AZN |
| Balıq kababı | 22 AZN |
| Nərə kababı | 16 AZN |
Sherlocks | Sezar salatı qızılbalıqla | 16 AZN |
| Nərə | 32 AZN |
| Ağbalıq (beluqa) | 32 AZN |
| Qızılbalıq | 22 AZN |
| Volqa sıfı | 19 AZN |
| Kefal | 19 AZN |
| Kütüm | 19 AZN |
| Alabalıq | 16 AZN |
| Nərə balığından sırdağ, sac və buğlama | 35 AZN |
| Kütüm ləvəngisi | 22 AZN |
| Ağbalıq sobada | 65 AZN |
| Nərə kababı | 32 AZN |
| Alabalıq kababı | 16 AZN |
| Kefal kababı | 19 AZN |
| Qızılbalıq kababı | 22 AZN |
| Kütüm kababı | 19 AZN |
L'Avenue | Qızardılmış lavrak | 46 AZN |
| Közdə nərə balığı (iki nəfərlik) | 135 AZN |
| Közdə qızardılmış sıf (iki nəfərlik) | 90 AZN |
| Vəhşi lavrak közdə | 165 AZN |
BülBül Balıq Evi | Kütüm | 9-15 AZN |
| Alabalıq | 9-16 AZN |
| Volqa sıfı | 7-17 AZN |
| Kefal | 10-15 AZN |
| Sıf | 9-15 AZN |
| Nərə | 25 AZN |
| Turş sousda kütüm | 20 AZN |
| Sac balıqla (kütüm) | 22 AZN |
Nuş olsun!
Züleyxa İsmayılova
ВakuCity.az