Bakıda yeni hotellər açılacaq

Bakıda yeni hotellər açılacaq

Dövlət 3 və daha az ulduzlu hotellərin inşasında maraqlıdır

Bu yaxınlarda həm Bakıda, həm regionlarda yeni hotellərin açılışı gözlənilir.

BakuCity.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

"Biznes nümayəndələri ilə aparılan danışıqlar onu göstərir ki, ölkədə yeni hotellərin tikintisinə maraq var. Azərbaycana səfər edən turistlər Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkənin şimal, şimal-qərb, Gəncə və cənub istiqamətlərinə üz tuturlar. Turizm infrastrukturu və kadr potensialı bu istiqamətlər üzərində inkişaf etdirilir”, - o qeyd edib. 

K.Quluzadənin sözlərinə görə, hazırda dövlət 3 və ondan az ulduzlu hotellərin istifadəyə verilməsində maraqlıdır:

"Ölkədə 600-a yaxın hotel fəaliyyət göstərir. Ölkədə, əsasən, bahalı turizm infrastrukturu yaradılıb. Amma bu günün çağırışı ucuz, daha az ulduzlu hotellərlə bağlıdır. Çünki Azərbaycana orta və aşağı büdcəli turistlər cəlb edirik, onlar üçün həmin xidmətlər formalaşdırılmalıdır. Regionlarda 3 və ondan az ulduzu olan hotellərin inşasının intesivləşməsini istəyirik. Bu istiqamətdə dövlət biznesə dəstək verir”.

ВakuCity.az

Bakı hotel turizm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər