Bakıda 22 məcburi köçkün ailəsi acınacaqlı vəziyyətdə yaşayır - VİDEO

Bakıda 22 məcburi köçkün ailəsi acınacaqlı vəziyyətdə yaşayır - VİDEO

Hələ bir neçə ay da gözləməlidirlər

Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən məcburi köçkünlərin yerləşdiyi yaşayış məskənində vəziyyət acınacaqlıdır.

BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, 22 məcburi köçkün ailəsi 26 ildir 6 mərtəbəli binanın birinci mərtəbəsi və zirzəmisində əziyyətlə yaşayırlar.

Mövcud vəziyyətlə bağlı sakinlərin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdikləri müraciətə baxmayaraq dəyişən heç nə olmayıb.

Məsələ ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib:

"Qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı məlumatımız var. Sözügedən sakinlərin növbəti mərhələdə, çox güman ki, aprel ayında köçürələcəyi gözlənilir".

ВakuCity.az

Bakı məcburi köçkün
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər