Bakıda 17 yaşlı oğlan itkin düşüb - FOTO

Bakıda 17 yaşlı oğlan itkin düşüb - FOTO

5 gündür xəbər-ətər yoxdur

Bakıda 17 yaşlı oğlan itkin düşüb.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. 

Lökbatan qəsəbə sakini Nəcəfov Orxan Elnur oğlu dekabrın 8-i gecə saat 2-3 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.  

Onun əlamətləri: boyu 179 sm, dolu bədənli, gözləri qəhvəyi rəngdit. Evdən çıxarkən əynində boz palto, qara cins şalvar, qara ayaqqabı olub.

Qeyd edək ki, O.Nəcəfov evdən çıxarkən heç bir əşya götürməyib.

O.Nəcəfovu görənlərdən 055 206 46 06 nömrəsinə zəng vurmaları xahiş olunur.

Bakıda 17 yaşlı oğlan itkin düşüb - FOTO, fotoşəkil-1

ВakuCity.az

Bakı itkin gənc
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər