Bakıda zəncirvari qəza: yolda sıxlıq yaranıb - FOTO + VİDEO

Bakıda zəncirvari qəza: yolda sıxlıq yaranıb - FOTO + VİDEO

"Mercedes"lər bir-birinə çırpılıb

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, üç avtomobilin bir-birinə çırpıldığı qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəndə qeydə alınıb.

Əliyev Rəşad Musa oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşının təkərində nasazlıq yaranıb. Bu zaman R.Əliyev nəqliyyat vasitəsini saxlayıb.

Daha sonra arxadan gələn və Rzayev Fəxri Firudin oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil digər "Mercedes"ə çırpılıb. Zərbənin gücündən "Mercedes" Cəfərov Azər Azad oğlunun idarə etdiyi "KİA" markalı nəqliyyat vasitəsinə dəyib.

Həmçinin oxu: Evakuatorun üstündəki dəmir "Hyundai"ın şüşəsindən içəri girdi - VİDEO

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Hazırda qəzanın baş verdiyi “Çermet” körpüsü kimi tanınan ərazidə sıxlıq yaranıb.

Bakıda zəncirvari qəza: yolda sıxlıq yaranıb - FOTO + VİDEO, fotoşəkil-1 Bakıda zəncirvari qəza: yolda sıxlıq yaranıb - FOTO + VİDEO, fotoşəkil-2 Bakıda zəncirvari qəza: yolda sıxlıq yaranıb - FOTO + VİDEO, fotoşəkil-3 Bakıda zəncirvari qəza: yolda sıxlıq yaranıb - FOTO + VİDEO, fotoşəkil-4 Bakıda zəncirvari qəza: yolda sıxlıq yaranıb - FOTO + VİDEO, fotoşəkil-5

BakuCity.az

Bakı zəncirvari qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər