Bakıda şirniyyat sexi qarət edildi: 150 min manatlıq avadanlığı vardı

Bakıda şirniyyat sexi qarət edildi: 150 min manatlıq avadanlığı vardı

Hazırda fəaliyyəti dayandırılıb

Bakıda şirniyyat sexi qarət edilib.

BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib.

Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi, 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba, 2 ədəd soyuducu və 2 ədəd xəmir qarışdıran aparat oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı şirniyyat sexi oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər