Bakıda oğul ana və bacısını xüsusi amansızlıqla qətlə yetirdi - YENİLƏNİB + VİDEO

Bakıda oğul ana və bacısını xüsusi amansızlıqla qətlə yetirdi - YENİLƏNİB + VİDEO

Cinayət işi açıldı

Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib.

BakuCity.az xəbər verir ki, hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord”un 10-cu binasında baş verib.

Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib.

Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 1968-ci il təvəllüdlü Fatma Vəfa qızı Həmzəyevadır.

Gənc qızın boğazının kəsildiyi, anasının isə bədəninə çoxsaylı bıçaq zərbələri vurulduğu deyilir.

Gənc oğlan amansız cinayəti qısqanclıq səbəbindən edib. Bildirilir ki, o, ana və bacısını keçirdikləri həyat tərzinə görə öldürüb.

09:56

Bakıda ana və qızı qətlə yetirilib.

Bakı Şəhər Prokurorluğundan BakuCity.az-a verilən məlumata görə, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BakuCity.az

Bakı qətl cinayət işi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər