Xalq rəssamı Nadir Qasımovun 90 illiyinə həsr olunmuş sərgi açılacaq - FOTO

Abşeron və Xəzər dənizinin romantiki...

Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq.

Bu barədə BakuCity.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə kimi yarım əsrdən çox bir dövrü əhatə edən N.Qasımovun yaradıcılığı əks olunacaq.

Müxtəlif mövzu və janrlarda əsərlər yaradan sənətkar, ilk növbədə, Abşeron və Xəzər dənizinin nəğməkarı və romantiki kimi yadda qalıb, bu sahədə adları incəsənətimizin “Qızıl fondu”na yazılan bir çox tablolar ərsəyə gətirib.

Bakıda yaşayıb-yaradan rəssam bu sənaye şəhərinin gündəlik ritmini hiss edir, Abşeronun qeyri-adi iqlimində yüksək romantikanı duyur, qoca Xəzərin insan tərəfindən ram edilməsini görür və yaradıcılığında tərənnüm edirdi. Rəssamın tablolarında Günəşin yandırdığı və neft hopmuş torpaq, bəzən mülayim, bəzən tufanlı, dalğalı dəniz, quruda və suda qərar tutan neft buruqlarının təsviri özünəməxsus şəkildə şərh olunur. Hamının gözündə adiləşən sənaye obyektlərinə romantik forma və ovqat verməklə onları bədiiləşdirən rəssam elə ilk sənaye mənzərələri ilə özünü təsdiqləyə, dəstxətini müəyyənləşdirə bilib.

Günlərlə, həftələrlə “Neft Daşları”nda yaşayan, neftçilərin qəhrəmanlıqlarını öz əsərlərində əks etdirən sənətkarın dəyərli işləri sırasında “Neft buruqları”, “İliç buxtası”, “İliç buxtasının qurulması”, “Qırmızı borular” adlı tabloları xüsusi diqqətə layiqdir.

Keçən əsrin 50-ci illərinin ortalarında Nadir Qasımov Azərbaycanın tanınmış şəxsiyyətləri olan SSRİ Xalq artistləri Bülbülün və Mərziyyə Davudovanın, həmçinin neft ustası Gülbala Əliyevin portretlərini işləyib.

Rəssamın ən çox sevdiyi mövzu təkcə Xəzər deyildi. O, tez-tez Azərbaycan rayonlarının qonağı olur, təbiətdən sonsuz ilham alır, adi zəhmət adamlarını, qadın gözəlliyini tərənnüm edirdi. 1960-cı illərdə “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” və başqa əsərlərini çəkirdi.

Rəssamın 100-ə yaxın əsəri Rusiyanın, MDB ölkələrinin, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalarda yer alıb.

O, 1992-ci ildə Azərbaycan Respublikasının “Xalq rəssamı” fəxri adına layiq görülüb.

N.Qasımov 2000-ci il martın 10-da vəfat edib.

BakuCity.az

Bakı rəssam Nadir Qasımov sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
18 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Karyerasına Niderlandda başlayıb Bakının “Keşlə” futbol klubu anqolalı hücumçu Aleksandr Kristovao ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. BakuCity.az məlumat verir ki, 26 yaşlı futbolçu karyerasına Niderlandın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran A.Kristovaonun son klubu Səudiyyə Ərəbistanının “Al-Mojzel” komandası olub. BakuCity.az
Cəmiyyət
Test imtahanından uğurla keçənlər müsahibəyə cəlb olunacaqlar Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub. Qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib...
Cəmiyyət
Söküntü etirazlara səbəb olmuşdu “Sovetski” ərazisində söküntü işləri dayandırılıb. BakuCity.az Report-a istinadən xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilib ki, sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib. Qeyd edək ki, bu gün “Sovetski” ərazisində 24 ailənin yaşadığı evlərin söküntü işlərinə başlanılmışdı. Sakinlər arasında söküntüyə etiraz edənlər olub. BakuCity.az
Hadisələr
Bütün əşyalar külə dönüb Son günlər sosial şəbəkələrdə yayılan bu görüntüləri kövrəlmədən izləmək yəqin ki, mümkün deyil. BakuCity.az xəbər verir ki, Baku TV əməkdaşları vəziyyətlə maraqlanmaq üçün Abşeron rayonu Məmmədli kəndində yaşayan bu ailənin yanına yollanıb. Hadisə dekabrın 29-dan 30-na keçən gecə elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib. Nəticədə 3 otaqlı ev bütün əşyaları ilə birlikdə külə dönüb. Yanğın zamanı evdə yalnız...
Cəmiyyət
Tunellərdə gücləndirmə işləri davam etdirilir Bakı metrosunun "Xətai" stansiyasında qatarların ikitərəfli hərəkəti ilin ortalarına təşkil ediləcək. BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda 3 mərtəbəli metro stansiyasının açılacağı vaxt bilindi B.Məmmədov bildirib ki, hazırda "Cəfər Cabbarlı" stansiyasında aparılan təmir işləri çərçivəsində stansiya yolunun quraşdırılm...
Cəmiyyət
Zəhərlənərək ölüb Bakıda naməlum kişi meyiti tapılıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib. Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub. Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Ağır cinayətlər azalıb Ötən il paytaxtda ümumilikdə 11 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub. BakuCity.az məlumat verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib. O bildirib ki, 2018-ci illə m...
Cəmiyyət
Alternativ küçə və prospektlərdən keçəcəklər Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək. BakuCity.az xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məh...
Kriminal
Bundan əvvəl də ittiham olunub Bakının Xətai rayonunda bir kişi onu dayandırmağa çalışan polis işçilərinə silahlı müqavimət göstərib. BakuCity.az xəbər verir ki, bu barədə rayon polis bölməsindəki mənbə Oxu.az-a bildirib. Bildirilib ki, yanvarın 16-na keçən gecə saat 03 radələrində Naximov küçəsində naməlum şəxs “Mercedes” markalı avtomobilini qapısı açıq şəkildə idarə edib. Bunu görən polis əməkdaşları sürücüyə dayanmasını əmr edib. Lakin sürücü pnevmatik...