Bakıda sürücü yuxuladı, KİA avtobusla toqquşdu: yaralılar var

Bakıda sürücü yuxuladı, KİA avtobusla toqquşdu: yaralılar var

Yaralılardan ikisi uşaqdır

Bakıda avtobus qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.

Həmçinin oxu: Bakıda avtobusa hücum olub, sürücü döyülüb

Onlara lazımi tibbi yardım göstərilib, müalicələri davam edir.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi bu gün saat 09 radələrində Suraxanı qəsəbəsi, “Daş yol” adlanan küçədə baş verib. KİA markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (dövlət qeydiyyat nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub.

104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. 

İlkin araşdırmalara görə, hadisəyə səbəb KİA markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.

BakuCity.az

Bakı, avtobus, yol qəzası
Bakıda avtobus qəzaya uğradı yaralılar var
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər