Çəkilişə də mane olub
Bakıda iki maşın toqquşub.
BakuCity.az APA TV-yə istinadən məlumat verir ki, “Infiniti” markalı avtomobili idarə edən qadın sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb.
Nəticədə “Infiniti”yə ciddi ziyan dəyib. Buna baxmayaraq qadın sürücü “Opel”in sahibini günahkar çıxarmaq istəyib və mübahisəyə başlayıb. Bu azmış kimi çəkiliş qrupunun işinə mane olmağa çalışıb, həm də kameraya əl ataraq.
O, sənədlərini yol polisinə təqdim etməkdən də boyun qaçırıb. Əraziyə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb və hər iki sürücünün izahatı alınıb.
Qeyd edək ki, “Infiniti” markalı avtomobilin sürücüsü 2 gün öncə Atatürk prospektində qəzaya uğramış “Jeep” markalı avtomobildəki sərnişindir və çəkiliş aparan əməkdaşları təhqir edərək işinə mane olmağa çalışıb. O, idarə etdiyi “Infiniti” ilə dekabrın 12-də qəza törədən rəfiqəsinə köməyə gəlmişdi və avtomobilini əks yola çıxararaq ərazidən uzaqlaşmışdı.