Bakıda avtoxuliqanlar yolu kəsdilər, polis işə qarışdı - VİDEO

Bakıda avtoxuliqanlar yolu kəsdilər, polis işə qarışdı - VİDEO

Hər iki sürücünün izahatı alınıb

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, “Azneft” dairəsində yol hərəkəti qaydalarını pozan “VAZ 2107” markalı avtomobil “Opel" markalı avtomobilə çırpılıb.

“Opel"in sürücüsü Vahid Ələkbərov deyib ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olan zaman iki “VAZ 2107” markalı avtomobil avtoxuliqanlıq edərək onun qarşısını kəsib. Sürücü V.Ələkbərov bununla bağlı Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyini deyib.

Həmçinin oxu: Bakıda sürət yarışı ağır qəzaya səbəb oldu: yaralılar var - VİDEO

Səbail Rayon Polis İdarəsi və Yol Patrul Xidməti əməkdaşlarının keçirdiyi tədbir zamanı “VAZ 2107” markalı avtomobili idarə edən Nuru adlı şəxs saxlanılıb. O, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə aparılıb. Hər iki sürücünün izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı avtoxuliqan polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər