Vəziyyəti ağırdır
Bakıda əri tərəfindən döyülən qadın özünü 4-cü mərtəbədən atıb
BakuCity.az APA-ya istinadən xəbər verir ki, Ş.Ə. əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də gənc qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.
Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Xətai Rayon Prokurorluğunun əməkdaşları Ş.Ə.-nin ərini saxlayıb. Araşdırma aparılır.
09:26
Bakıda gənc qız 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Məhəmməd Hadi küçəsində 1991-ci il təvəllüdlü Ş.Ə yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və qabırğaların çoxsaylı sınığı diaqnozları qoyulub. Ş.Ə.-nin vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatları araşdırılır.
BakuCity.az