"Əminəm ki, bu dəfə uğur Türkiyənin olacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin 2020-ci il futbol üzrə Avropa çempionatı çərçivəsində oyunlarını Bakıda izləyəcək.
BakuCity.az-ın məlumatına görə, R.T.Ərdoğan Avro-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcəyini bildirib.
Türkiyə Prezidenti bununla bağlı Azərbaycanın dövlət başçısı ilə söhbət etdiyini və İlham Əliyevin onu oyunları seyr etmək üçün Bakıya dəvət etdiyini vurğulayıb:
“Əminəm ki, bu dəfə uğur Türkiyənin olacaq”.
Qeyd edək ki, iyunun 17-də Bakı Olimpiya Stadionunda iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları keçiriləcək. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Azərbaycan paytaxtında təşkil olunacaq.
BakuCity.az