Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış: yaralı var

Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış: yaralı var

Hadisə yerinə 3 təcili yardım briqadası göndərilib

Lökbatanda Qaradağ Rayon İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.

Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, partlayışın baş verməsi barədə məlumat təcili yardıma saat 10:14-də daxil olub. Hadisə yerinə 3 təcili yardım briqadası göndərilib.

Həkimlər mərkəzdən 50 yaşlı müəlliməni götürüblər. Qadın sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.

BakuCity.Az

Bakı partlayış Lökbatan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər