"Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO

"Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO

Təşkilat komitəsi 20 ən yaxşı ifaçını seçib

Heydər Əliyev Sarayının səhnəsində avtomobillər, motosikletlər, avtobus və bütöv bir meqapolis.

BakuCity.az-ın məlumatına görə, dekabrın 14-də Bakıda "Zima" III Beynəlxalq Uşaq Festivalının qala konserti olub. Bu layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Beat Group” tərəfindən təşkil edilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

"Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-1

Konsert proqramı başlamazdan əvvəl festivalın iştirakçıları mətbuat nümayəndələrinin suallarını cavablandırmaq üçün qırmızı xalıdan keçib, pərəstişkarları və dostları ilə söhbət ediblər. Müxbirimiz Rusiyanın “Səs. Uşaqlar” yarışmasının qazaxıstanlı iştirakçısı Yerjan Maksimin anası Gülmira Əlibəylə ünsiyyətdə olub və müsabiqə, həmçinin ölkəmiz haqqında təəssüratlarını öyrənib:

“Ay yarım əvvəl "Zima" festivalında çıxış etmək üçün dəvət aldıq. Maksim çox xoşbəxt idi və böyük Maqomayevin vətəninə gedəcəyini söylədi. Bakı çox xoşuma gəldi! Qədim şəhərdə olduq, “Brilyant əl” filminin çəkildiyi küçəni gördük. Qız Qalasına baxdıq, “Şirvanşahlar” muzey-restoranında ləzzətli Azərbaycan yeməklərindən daddıq, Dağüstü parkdan şəhəri seyr etdik. Ən əsası, Müslüm Maqomayevin məzarını ziyarət edə bildik. Maksim onun yaradıcılığını çox sevir. Layihənin yüksək səviyyədə hazırlandığını da qeyd etmək istəyirəm və festivalın bütün təşkilatçılarına təşəkkür edirəm”.

Yerjan Maksimin özü də paytaxtımızı çox bəyəndiyini bildirib:

“Zima” layihəsi insanları bir araya gətirən musiqi bayramıdır. Burada Daniellə dost oldum, o da Qazaxıstandandır”.

"Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-2 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-3 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-4 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-5 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-6 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-7 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-8 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-9 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-10 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-11 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-12 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-13 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-14 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-15 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-16 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-17 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-18 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-19

Festivalın gənc iştirakçısı Rüfət Məmmədov da qırmızı xalıdan keçib. Rüfət saytımıza bildirib ki, festival onun üçün xüsusi əhəmiyyət kəsb edir:

“İlk mövsümdə iştirakçı idim, ikinci mövsümdə aparıcı oldum və mahnı da ifa etdim. Bu il isə sevdiyim festivala yalnız ev sahibliyi edəcəyəm! Əminəm ki, hər şey gözəl olacaq! "Zima" çox sürprizlər hazırlayıb".

Musiqili axşamda Azərbaycan estradasının ulduzları ilə birlikdə gənc istedadların duetləri də oldu. Fəxriyyə Əliyeva Sevda Ələkbərzadə ilə birlikdə "Qal sənə qurban" mahnısını səsləndirdi. Aygün Kazımova Cəlal Bəşirli ilə səhnəyə çıxdı, birlikdə "Карие глаза" mahnısını ifa etdilər.

Hər bir iştirakçının çıxışı inanılmaz dekorasiya, motosiklet, avtomobil modelləri, işıqlandırma və alovlu rəqslərlə ayrıca bir şou halına çevrildi. Beləliklə, hər bir iştirakçı özünü səhnədə super ulduz kimi hiss edə bildi.

Qeyd edək ki, bu il festivalda iştirak etmək üçün 110 uşaq müraciət etmişdi, təşkilat komitəsi onlardan 20 ən yaxşı ifaçını seçib.

Axşamın aparıcıları birinci və ikinci festivalda çıxışları ilə tanınan Rüfət Məmmədov və Suel Heybətova idi.

Sonda iştirakçılara xüsusi diplomlar təqdim edildi.

"Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-20 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-21 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-22 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-23 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-24 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-25 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-26 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-27 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-28 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-29 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-30 "Zima" beynəlxalq uşaq festivalı Bakıda - FOTO, fotoşəkil-31

BakuCity.az

Bakı uşaq festivalı "Zima"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər