Bakıda özünü asan yüksək vəzifəli məmurla bağlı YENİ FAKTLAR

Bakıda özünü asan yüksək vəzifəli məmurla bağlı YENİ FAKTLAR

Peşəkar kadr olub

Bu gün intihar xəbəri yayılan Nərimanov Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu barədə bəzi faktlar əldə olunub.

BakuCity.az BakuPost-a istinadən xəbər verir ki, özünü asaraq intihar edən Elmar Əlizadə peşəkar kadr olub. O, əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan nümayəndəliyində çalışıb.

Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra İcra Hakimiyyətində çalışıb, nümunəvi işçi kimi tanınıb.

Həmçinin oxu: Bakıda vəzifəli şəxs intihar etdi - FOTO

İntihar etdiyi gün 41 yaşını ailəsi ilə qeyd edib. Həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə özünü asıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

BakuCity.az

Bakı intihar vəzifəli şəxs
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər