Bakıda açıq reklam edilən tütün qızdırıcıları: qanun pozuntusu, yoxsa qanunda boşluq?

"Qanunun icra olunmaması problemi mətbuatda qabardılmalıdır"

Bakıda elektron siqaretlər və ya tütün qızdırıcılarının (GLO) reklamı, satışı və qapalı məkanlarda istifadəsi halları getdikcə artır. Halbuki bütün növ qəlyanlar və elektron siqaretlər də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

BakuCity.az Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin məsələyə münasibətini öyrənib.

M.Quliyevin fikrincə, bu üsullarla gənclər sadəcə tütün məhsullarının aludəçisi olmur, həm də narkotik maddələrin istifadəçisinə çevrilirlər:

“Artıq dünya tibb elmi sübut edib ki, həm elektron siqaretlər, həm də sulu qəlyanlar adi tütün tərkibli siqaretlərdən dəfələrlə ziyanlıdır. Hətta ABŞ ötən ildən etibarən bir çox ştatlarında elektron siqaretlərin istehsalı və istifadəsini qadağan edib. O ki qaldı sulu qəlyanlara – bunlar da artıq bir çox dünya ölkələrində qadağan olunub. Sulu qəlyan təkcə ağciyəri və tənəffüs yollarına ziyan vurmur, həmçinin bir çox infeksion xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin sürətlə yayılmasına səbəb olur.

Eyni zamanda, artıq bu da sübut olunub ki, sulu qəlyan biznesi ilə məşğul olan bir çoxları bundan gizli şəkildə narkomaniyanın yayılması məqsədilə də istifadə edirlər. Sulu qəlyanların hazırlanmasında istifadə olunan bitkilərə marixuana və digər narkotik tərkibli maddələr qatırlar ki, bu da qısa müddət ərzində gənclərin özləri də bilmədən narkotik aludəçisi olmasına səbəb olur”.

Deputat sürətlə yayılan virus infeksiyalarına səbəb kimi sulu qəlyanların borularının dəyişdirilməməsini qeyd edib:

“Xüsusilə də ağız boşluğunda olan infeksiyalar bu vasitə ilə sürətlənir. Bəzən deyilir ki, qəlyanların ucluqları dəyişdirildiyi üçün xəstəlik yayıla bilməz, amma bu, səhv yanaşmadır. Çünki ucluqlar dəyişdirilsə də, borular heç vaxt dəyişdirilmir və boru vasitəsilə infeksiyalar sürətlə yayıla bilir. Həmçinin qəlyanın tüstüsü bir siqaretin tüstüsündən təxminən 200 dəfə çoxdur və təbii ki, qapalı məkanlarda qəlyandan istifadə etməyən insanlar da o tüstüdən əziyyət çəkmək məcburiyyətində qalırlar”.

Həmçinin oxu: Bakıda dəb halını alan "xəstəlik": siqareti tərgitməyə kömək, yoxsa asılılıq?

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi tütün məmulatlarının satışında istifadəçilərin həvəsləndirilməsi üçün atılan addımları qadağan edir, amma təəssüflər olsun ki, bu qanuna riayət edən yoxdur:

“Azərbaycan Respublikasınının qanunvericiliyində istər adi tütün məmulatları, istərsə də sulu qəlyan və elektron siqaretlərin reklamı və satışının stimullaşdırılması, qapalı məkanlarda istifadəsi qadağan olunub (http://www.e-qanun.az/framework/37481), amma təəssüf ki, bu qanuna tam əməl olunmur. Yaxşı olardı ki, bu qanunun özü və icra olunmaması problemi mətbuatda geniş qabardılsın”.

Qeyd edək ki, tütündən istifadənin nəticələrindən qorunma sahəsində bələdiyyələrin vəzifələrinə aşağıdakilər aiddir: 

- bələdiyyə ərazilərində vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən qorunmasına xidmət edən tədbirlərin həyata keçirilməsi və belə tədbirlərdə iştirak;

- bələdiyyə ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması;

- ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin nəticələrinin azaldılmasına yönəlmiş tədbirlərin monitorinqinin həyata keçirilməsi.

Bu gün paytaxda və ətraf ərazilərdə tütün məhsullarının açıq satışı, reklamı və qapalı məkanlarda istifadəsi göstərir ki, bələdiyyələr onlara tapşırılan vəzifəni icra etməkdə acizdirlər.

Araşdırmamız davam edir.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı tütün siqaret reklam qanun
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...