Bakıda jurnalistləri təhqir edən, çəkilişə mane olan qadın sürücü kimdir? - VİDEO

Bakıda jurnalistləri təhqir edən, çəkilişə mane olan qadın sürücü kimdir? - VİDEO

Polisi də saya salmır

Bakıda yol qəzaları zamanı jurnalistləri təhqir edən və çəkilişə mane olan qadın sürücünün kimliyi məlum olub.

BakuCity.az-ın məlumatına görə, həmin qadın 18 sentyabr 1989-cu il təvəllüdlü Şahnaz Elxan qızı Namazovadır.

Ş.Namazova “B” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir.

Xatırladaq ki, dekabrın 13-də “Infiniti” markalı avtomobili idarə edən Ş.Namazova 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb, nəticədə “Infiniti”yə ciddi ziyan dəyib. Buna baxmayaraq qadın sürücü “Opel”in sahibini günahkar çıxarmaq istəyib və mübahisəyə başlayıb. Bu azmış kimi çəkiliş qrupunun işinə mane olmağa çalışıb, həm də kameraya əl ataraq. O, sənədlərini yol polisinə təqdim etməkdən də boyun qaçırıb.

Bundan iki gün öncə isə Atatürk prospektində Lamiyə Əbəçiyeva adlı sürücü sükanı arxasında olduğu “Jeep” markalı avtomobili “Range Rover” markalı avtomobilə çırpıb. L.Əbəçiyevanın rəfiqəsi - "Infiniti" markalı avtomobili ilə əraziyə gələn Ş.Namazova hadisəni işıqlandıran jurnalistlərin işinə hətta əl-qol hərəkətləri ilə mane olmaq istəyib, bu azmış kimi operatora dəmir parçası ataraq nəqliyyat vasitəsinə əyləşib, prospektdə qarşı yola çıxaraq əks istiqamətdə hərəkət etməyə başlayıb. Polis qadını saxlamış, avtomobillər cərimə meydançasına yerləşdirilmişdi.

BakuCity.az

Bakı qadın sürücü Infiniti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər