Yanvarın 1-dən hansı halda 50 manat ödəməyə bilərik? - VİDEO

Yanvarın 1-dən hansı halda 50 manat ödəməyə bilərik? - VİDEO

Evini sığorta etdirməyənləri cərimə gözləyir

İcbari sığorta yalnız çıxarışı olan evlərə aiddir.

BakuCity.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 2020-ci il yanvarın 1-dən etibarən evlər icbari qaydada sığortalanacaq.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, yalnız qeydiyyatı olan evlər və obyektlər icbari qaydada sığortalanacaq:

“Lakin qeydiyyatı olan tikililərdən də icbari sığortaya cəlb edilməyənləri var. Çıxarışı olan fərdi yaşayış evlərinin də icbari qaydada sığortalanmasında heç bir problem yaranmayacaq. Çünki burada əmlakın qiymətləndirilməsinə ehtiyac yoxdur”.

Həmçinin oxu: Yanvarın 1-dən 50 manat ödəməsəniz, cərimə olunacaqsınız

R.Əhmədov qeyd edib ki, evlərin qeydiyyata alınması həm sığorta sektoru üçün, həm də fövqəladə risklər baxımından olduqca önəmlidir. Bu səbəbdən çıxarışı olmayan evlərin də tez bir vaxtda qeydiyyata alınmasına ehtiyac var.

Qeyd edək ki, Bakıda bir mənzilin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40, rayonlarda isə illik 30 manatdır. 2020-ci il yanvarın 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək.

Evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Həmin şəxs cərimə olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsi bağlamasa, yenidən cərimələnə bilər.

BakuCity.az

Bakı icbari sığorta cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər