Dekabrda bu vətəndaşlara mənzil və avtomobillər veriləcək - RƏSMİ

Bu ay daha bir DOST Mərkəzi istifadəyə veriləcək

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin və ilk DOST Mərkəzinin yaradılması 2019-cu ilin mühüm sosial uğurlarından biridir. Bu ay daha bir DOST Mərkəzinin, eyni zamanda, yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.

BakuCity.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirliyin Kollegiyasının növbəti iclasında bildirib.

O vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verib. DOST Mərkəzinin xidmətlərinin sayı artıq 132-ə çatıb və həmin xidmətlərdən artıq 115-nin pasportları da hazırlanıb.

Nazir bildirib ki, 2019-cu ildə nazirlik üçün prioritet istiqamətlərdən biri də sosial təminat sahəsi üzrə xidmətlərin elektronlaşdırılması olub. Bu ilin ötən dövründə artıq 10 sosial təminat növü, o cümlədən 2 pensiya, 8 müavinət və təqaüd növünün təyinatının elektronlaşması təmin edilib. Ümumilikdə bu ayın sonuna qədər digər bir çox müavinət və təqaüdlərin də avtomatlaşdırılması başa çatdırılacaq. Nəticədə il ərzində 180 min təyinatın e-qaydada, proaktiv şəkldə həyata keçirilməsi təmin olunacaq.

S.Babayev şəhid ailələri və müharibə əlillərinin mənzillə, müvafiq kateqoriyalara aid əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirlərinin də davam edəcəyini, bu ay da yeni mənzillərin, avtomobillərin təqdim ediləcəyini deyib. O, 2019-cu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10,6 minə çatdığını, onlardan böyük əksəriyyətinin artıq aktivlə təmin olunduğunu qeyd edib. 

Nazir ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi işlərindən bəhs edib. Bildirib ki, sosial yardımın alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsi zamanı xidməti davranış normaları da müəyyən edilib. Bu normalar və onlara əməl edilməsi ilə bağlı münasibətləri əhatə edən Yaddaş Kitabçası hazırlanıb. Maddi-məişət şəraitinin müayinəsi məhz həmin normalara riayət prinsipi  əsasında həyata keçiriləcək.  

İclasda DOST mərkəzlərində göstərilən xidmətlər üzrə  pasportların təsdiq edilməsi barədə, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi ilə bağlı Yaddaş Kitabçasının  layihəsi barədə çıxışlar olub. 2020-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin layihəsi, “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları” layihələri barədə məlumat verilib. 

İclasda qeyd edilən layihələr, habelə bir sıra cari məsələlər müzakirə edilib, qərarlar qəbul olunub.

BakuCity.az

Sahil Babayev mənzil avtomobil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...