Mübariz İbrahimovu təhqir edən psixoloqun şikayəti təmin olunmadı - Bakıda küçə süpürəcək

Mübariz İbrahimovu təhqir edən psixoloqun şikayəti təmin olunmadı - Bakıda küçə süpürəcək

400 saat ictimai işlər cəzası alıb

Bakı Apellyasiya Məhkəməsində psixoloq Nərmin Şahmarzadənin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BakuCity.az-ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Şahmarzadənin şikayəti təmin edilməyib.

Xətai Rayon Məhkəməsinin qərarına əsasən, o, Xətai rayonu ərazisində küçə süpürəcək. Belə ki, N.Şahmarzadə 400 saat ictimai işlər cəzası alıb.

İttihama əsasən, N.Şahmarzadə "Facebook” hesabında Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. Daha sonra M.İbrahimovun anası Şamama İbrahimova psixoloqu xüsusi ittiham qaydasında məhkəməyə verib, onun cəzalandırılmasını istəyib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına həlak olub.

BakuCity.az

Mübariz İbrahimov psixoloq cəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər