Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO

Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO

Prezidentlərin təkbətək görüşü olub

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub.

BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib. Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Dövlət başçılarının təkbətək görüşü olub. Sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO, fotoşəkil-1 Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO, fotoşəkil-2 Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO, fotoşəkil-3 Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO, fotoşəkil-4 Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO, fotoşəkil-5 Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO, fotoşəkil-6 Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO, fotoşəkil-7 Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO, fotoşəkil-8 Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO, fotoşəkil-9 Zelenski Bakıda İlham Əliyevlə görüşdü - FOTO, fotoşəkil-10

BakuCity.az

Bakı İlham Əliyev Vladimir Zelenski
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər