Nəsimi irsi ilə bağlı müsabiqənin qalibləri mükafatlandırıldı - FOTO

Müsabiqə üç mərhələdə təşkil olunub

Dekabrın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

İdarədən BakuCity.az-a verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanın söz sənəti və ədəbiyyat tarixində yüz illər boyu yaşayan Nəsimi irsi barədə məktəbliləri daha geniş məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə marağını artırmaq, həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürü, tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlər yetişdirməkdən ibarətdir.

Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər, şagirdlər, Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri və KİV nümayəndələri iştirak ediblər.

BŞTİ-nin müdiri Rəşad Tağıyev son illərdə ölkəmizdə bütün sahələr üzrə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib. İdarə müdiri istedadlı şagirdləri həvəsləndirmək, onların yaradıcılığa olan marağını artırmaq, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə BŞTİ tərəfindən il ərzində çoxsaylı müsabiqələrin təşkil edildiyini söyləyib.

Müsabiqə qaliblərini təbrik edən Rəşad Tağıyev onlara gələcək təhsil yollarında daha böyük uğurlar arzulayıb.

Tədbir Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Sonda müsabiqədə qalib olmuş şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, üç mərhələdə təşkil olunan müsabiqənin məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən 3 şagird  rayon turunda iştirak etmək hüququ qazanıb. İkinci-rayon mərhələsində 247 məktəb üzrə 741 məktəbli iştirak edib və onlardan 51-i final mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin final mərhələsinin nəticələrinə görə 80 nömrəli tam orta məktəbin şagirdi birinci, 125 və 110 nömrəli tam orta məktəblərin şagirdləri  ikinci, 92, 76 və 309 nömrəli tam orta məktəblərin şagirdləri isə üçüncü yerin qalibi olublar. Eyni zamanda, 139, 46, 189-190, 181, 99, 283, 210, 322 və 231 nömrəli məktəblərin şagirdləri həvəsləndirici yerlərə layiq görülüblər.

BakuCity.az

Nəsimi irsi Bakı məktəblilər müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bolqarıstan millisinin futbolçusu Martin Raynov "Neftçi"nin maraq dairəsinə düşüb. BakuCity.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb. Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var. Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oy...
Cəmiyyət
Azərbaycanda koronavirusun daha çox təsir etdiyi sahələr açıqlanıb. Koronavirus təkcə can almaqla bitmir. Pandemiya bütün dünya ölkələrində olduğu kimi Azərbaycan iqtisadiyyatına da ziyan vurub. BakuCity.az xəbər verir ki, on minlərlə insan işini itirib. Koronavirusun təsir etdiyi sahələri isə saymaqla bitməz. Bunlardan biri də turizm sektorudur.  Bəlkə də dildə asan səslənsə də, amma bu sahədə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha cidd...
Cəmiyyət
Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub. BakuCity.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə və Sənaye naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib. Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddi...
Cəmiyyət
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər açıqlanıb BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir. • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla) • xüsusi təyinatlı, o cüml...
Cəmiyyət
Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub. BakuCity.az xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar. Həmçinin oxu: Fəttah Heydərov vəfat etdi Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (qafqazinfo) BakuCity.az
Kriminal
Sürücü yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib.  BakuCity.az xəbər verir ki, Saatlıda anadan olmuş Abbasov Elmir İsrail oğlu idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib.  Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi i...
Cəmiyyət
Fəttah Heydərov dünyasını dəyişib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib. Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (BakuPost) BakuCity.az
Cəmiyyət
Nəsimi rayonu, Abbas Səhhət küçəsinin  sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər.  BakuCity.az xəbər verir ki, sakinlər bildirirlər ki, adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir. Sakinlər bildirirlər ki, tiki...
Cəmiyyət
"Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". BakuCity.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.  H. Hacıyev bildirib ki, əldə olunan nəticələr iyunun 21-dən etibarən tətbiq edilən karantin rejiminin və vətəndaşların buna əməl etməsinin nəticəsidir: "Dünya təcrübəsi göstərir ki, yumşalmaya getdikdə alovlanma artır. Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün qaydalara əməl etmək zəruridir. Sosial-iqtisadi y...