Bakıda tramvaylar bu qəsəbələrə işləyəcək - RƏSMİ

Bakıda tramvaylar bu qəsəbələrə işləyəcək - RƏSMİ

"Travmay xətlərini sökməklə ölkəyə ziyan vurublar"

Bakı və ətrafında tramvay xətlərinin çəkilməsi istiqamətində iş gedir.

BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfrasında deyib.

O bildirib ki, vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub:

“İndisə bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik, biznes-plan hazırlanır”.

Həmçinin oxu: Bakıda tramvay bərpa oluna bilər: BNA danışıqlara başladı - VİDEO

C.Qurbanov qeyd edib ki, tramvay xətləri Bakının Əhmədli, Biləcəri, Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək.

QSC sədri əlavə edib ki, Bakıda tramvay xəttinin bərpası ilə bağlı ölkə başçısına məruzə olunub:

“Bu xətti bərpa etmək çox çətindir. Bakı şəhərindəki sıxlıq bu xəttin bərpasını çətinləşdirir. Ancaq istifadəyə veriləcək dairəvi yolun üzərində əlavə işlər aparmaqla tramvayla daşımaları əvəz etmək olar”.

Nicat Alili

BakuCity.az

Bakı tramvay Cavid Qurbanov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər