Bakıda yeni qurum yaradıldı

Bakıda yeni qurum yaradıldı

Xidmətin Əsasnaməsi və strukturu da təsdiqləndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin paytaxtdakı 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin bazasında Xidmətin Bakı şəhər İdarəsi yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, məqsəd Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun optimallaşdırılması və qurumun idarəetməsinin yaxşılaşdırılması,  yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Əmrlə, həmçinin Xidmətin yerli orqanları haqqında Əsasnamə və Xidmətin strukturu da təsdiq edilib. 

BakuCity.az

Dövlət Əmək Müfəttişliyi yeni idarə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər