Dəmiryol xətti təmir olunur
Bakıda Güzdək-Sahil dəmir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq.
BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransında deyib.
C.Qurbanov onu da qeyd edib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb.
Həmçinin oxu: Bakıda tramvaylar bu qəsəbələrə işləyəcək - RƏSMİ
“Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən keçəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır.
Latviya şirkəti ilə dizel lokomtivlərin təmiri üçün müqavilə bağlanılıb. 42 lokomotiv və dəmir yoluna sərnişinləri daşıyan avtobus və 30-a yaxın vaqonların təmiri nəzərdə tutulur”.
BakuCity.az