Dönərə vurulan ədviyyatlar Türkiyədən gətirilir
Əsasən mal və toyuq ətindən hazırlanan, vətəni isə Türkiyə olan dönər kababı Azərbaycanda və başqa ölkələrdə fəstfud yeməyi kimi populyardır.
BakuCity.az paytaxtda ən dadlı dönər verilən məkanlardan birində - “Usta Dönər – Hatay usulü soslu dönər” evində olub.
Restoranın dönərçisi Murad usta saytımıza məkanda olan xidmət və təkliflər barədə məlumat verib.
Onun sözlərinə görə, burada hazırlanan bütün dönər çeşidləri sırf türk üsulu ilə bişirilən lavaşlara yığılır. Dönərə vurulan ədviyyatlar isə Türkiyədən gətirilir.
Usta deyir ki, məkanda türk mətbəxinə məxsus sousdan istifadə olunur, mayonezi isə özü hazırlayır.
Bir sözlə, məkan öz müştərilərinə tam sağlam qidalardan ibarət dönər təklif edir.
Dönər evində hazırlanan videomüsahibəni oxuculara təqdim edirik: