Yenə də VAZ-lar
Bakıda baş vermiş zəncirvari qəza kameraya düşüb.
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Aeroport yolunda, Sabunçu körpüsünün altında qeydə alınıb.
İlk olaraq manevr qaydalarını pozan “VAZ 21015” markalı avtomobil “VAZ 2107” markalı maşını arxadan vurur. Ardınca qəza işıqlarını yandıran "07"-nin sürücüsü avtomobili dayandırır. Bu zaman arxadan gələn digər avtomobilin sürücüsü əyləci basır. Ara məsafəsi düzgün seçilmədiyi üçün zəncirvari qəza baş verir. Nəticədə 7 avtomobilə ziyan dəyir.
Həmçinin oxu: Bakıda 5 avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - VİDEO
Qeyd edək ki, bu yolda tez-tez analoji hadisələr baş verir. Yüksəksürətli olduğu üçün qəfil dayanma və ya əyləci basma zamanı qəza qaçılmaz olur.