Evdə bayram ab-havası yaratmaq neçəyə başa gəlir? - Yarmarkalardakı QİYMƏTLƏR

Qiymətlər arasında fərq nə qədərdir?

Yeni il ərəfəsində hər kəs sehirli, bayram ab-havası yaratmaq istəyir. Buna görə də belə günlərdə dünyanın bir çox şəhərlərində bayram yarmarkaları qurulur, Yeni il hədiyyələri və aksesuarları satılır. Paytaxtımızın da hər ölçüdə və növdə parlaq işıqlar və yolka ağacları ilə bəzədilməsinə başlanılıb. 

BakuCity.az sizi şəhərimiz üçün də xarakterik olan yarmarkalar və satış qiymətləri barədə araşdırma aparıb.

Avropa üslubunda yarmarka

Artıq 7-ci ildir Fəvvarələr meydanında "Soyuq əllər, isti ürəklər" xeyriyyə yarmarkası fəaliyyət göstərir.

Bu layihə həm paytaxt sakinləri, həm də qonaqlar tərəfindən bəyənilib, çünki nəinki hər kəsə Yeni il əhval-ruhiyyəsi bəxş edir, həm də müalicəyə ehtiyacı olan uşaqlara kömək etməyə imkan yaradır. Bu il yarmarka dekabrın 1-də açılıb və 13 yanvar 2020-ci ilədək davam edəcək.  

Yarmarkanın girişində sizi fotosessiya üçün transformer obrazında animatorlar qarşılayır. Şaxta babanın kiçik bir evi də var ki, orada növbə ilə pulsuz şəkillər çəkdirə bilərsiniz.

Yarmarkanın böyük bir hissəsini yemək (2 manatdan 10 manata qədər) və içki (1 manatdan 5 manata qədər) ala biləcəyiniz "evciklər" tutur. Bura məşhur "spiral" kartof, kabab, dönər, hot-doq, ayran, şirələr, limonad, çay və qəhvə daxildir. Hədiyyələr və suvenirlər seçimi elə də böyük deyil.

Hədiyyə dükanlarından birinin satış məsləhətçisi bildirib ki, iş günlərində satış az olur, amma həftəsonları alıcıların sayı artır. Bu zonada 4 manatdan qarlı şüşə şarlar, yumşaq oyuncaqlar və digər bayram suvenirlərini 15 manata almaq olar.

Ərazidə olan digər mağazalarda eyni hədiyyələrə fərqli qiymət qoyub. Qar şarları 5-40 manat arasındadır, çünki seçim daha böyükdür və bu hədiyyələrin dəyəri ölçüdən asılı olaraq dəyişir. Ənənəvi qar şarını böyük lampa, yaxud mexanizmli və musiqili retro üslubunda olan radioqəbuledici formasında da tapa bilərsiniz (40-45 manat).

Siçan ilinin simvolu olaraq çox sayda müxtəlif yumşaq oyuncaqlar, o cümlədən siçanlar (5 manatdan) diqqətinizi çəkə bilər.

Ərazidəki “Boutique One”dan da Milad tərzində geyimlər və yumşaq oyuncaqlar ala bilərsiniz. Qiymətlər 5.25 manatdan başlayır.

Yarmarkada məşhur milli marka olan “Chelebi”nin kiçik butiki də yerləşir. Burada Azərbaycanın məşhur sənətkarlarının hazırladığı parlaq bəzək əşyaları (18 manatdan başlayaraq) olan qablar və vazalar ala bilərsiniz. Həmçinin yerli rəssamların rəsmləri ilə birlikdə eksklüziv dekorativ yastıqlar (42 manatdan 62 manata qədər) və rəngli açıqcalar (hər biri bir manat) var. Yarmarka ətrafında gəzən turistlər arasında ən çox bu məhsullara tələbat olduğu bildirilir.

Hədiyyə qutularında bəzədilmiş kosmetika, yerli və türk şirniyyatları (4 manatdan), ucuz bəzək əşyaları (2 manatdan 15 manatadək) və s də var. Lakin buradan yolka oyuncaqları və bəzəkləri, yolkalar və Yeni il dekoru üçün digər atributlar tapa bilməzsiniz. Bu əşyaları almaq üçün paytaxtın bəzi ərazilərində kiçik bayram yarmarkaları fəaliyyət göstərir.

Bayram ab-havası yaratmaq üçün hər şey

Dekabrın əvvəlindən paytaxtın metro stansiyalarının qarşısında ənənəvi bayram çadırları qurulub. Belə çadırlar Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Nizami və Xətai rayonlarında fəaliyyət göstərir.

Bəs burada qiymətlər necədir və onların qiymətləri yerlərindən asılı olaraq nə qədər fərqlənir? 

Məsələn, “Elmlər Akademiyası” metro stansiyasının qarşısındakı çadırdan ən kiçik yolkanı 16 manatdan, orta ölçüdə olanı 23-35 manatdan, 1 metr hündürlüyündə yolkanı 55 manatdan, iki metrlik yolkanı isə 200 manata ala bilərsiniz.

Burada suvenirin ölçüsündən və mexanizmindən asılı olaraq 6 manatdan 40 manata qədər qar şarları da var.

Həmçinin oxu: Bakıda qeyri-adi Yeni il hədiyyələrini haradan alaq?

Yolka bəzəklərinin qiyməti 1-3 manat arasında dəyişir.

Çadırda yolka bəzəkləri üçün böyük bir seçim var. Bir dəstdə 4 və ya daha çox gözəl şar və fiqurlar olur. Qiymətləri 4-20 manat arasında dəyişir.

Burada, həmçinin 6 manatdan başlayaraq 2020-ci ilin simvolu şəklində yumşaq oyuncaqlar da ala bilərsiniz.

"28 May" metro stansiyasının yaxınlığında yerləşən yarmarkada seçim bir qədər daha zəngindir. Beş çadır var, lakin hər birində seçim təxminən eynidir. Kiçik masa yolkalarını 25 manatdan, böyük yolkaları 100-150 manatdan başlayan qiymətə almaq olar. Cəmi 20 manata iki metrlik süni sadə şam ağacı da var.

Kiçik oyuncaq dəsti 4 manatdan başlayır. Daha böyük dəst 30 manata başa gələcək. Çələnglərin qiyməti 8 metr üçün 6 manatdan başlayır. Şaxta baba, Qar qız və cırtdan şəklində mexanizmli kiçik oyuncaqların qiyməti 18 manatdan 45 manata qədərdir. 1 manatdan 15 manata qədər Milad çələngləri də var. Siçan şəklində daxılların qiyməti isə 4-8 manat təşkil edir.

“Nəriman Nərimanov” stansiyasında yerləşən yarmarkadakı əşyaların çeşidi və qiymətləri “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı çadırla müqayisədə, demək olar, eynidir. Yəni ümumilikdə yarmarkalarda satış qiymətləri arasındakı fərq böyük deyil.

Züleyxa İsmayılova 

BakuCity.az

Bakı Yeni il yarmarkalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan ildə 22 min ton fındıq ləpəsi ixrac edir Azərbaycan yaxın 3-4 il ərzində fındıq ixracını 36 faizdən çox artırmağı planlaşdırır. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. O bildirib ki, Azərbaycan hazırda ildə 22 min ton fındıq ləpəsi ixrac edir: "Yaxın 3-4 ildə 30 min tonu keçəcəyik. Bu da ildə orta hesabla 160-200 milyon dollar edir". İ.Orucov vurğulayıb ki, f...
Cəmiyyət
Məcburi köçkün Elşən Xəlilovun yaşayış sahəsinə ziyan dəyib Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakının iki rayonunda məcburi köçkünlərin məskunlaşdığı tikilidə və yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb. Dövlət Komitəsinin Mətbuat xidmətindən BakuCity.az-a bildirilib ki, fevralın 18-də Xəzər rayonunun Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə və Neft-En...
Hakimiyyət
"Havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə" Parkinq məsələsində də hər şeyə ədalətli yanaşmalıyıq. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. Dövlətimizin başçısı qeyd edib: "Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları k...
Hakimiyyət
Bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib Yaxın üç ildə Bakıda bütün avtobuslar yenilənəcək. BakuCity.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. O bildirib ki, keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb: "Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyy...
Hadisələr
Hətta piyadaların sürücüləri çaşdırması nəticəsində yol-nəqliyyat hadisələri baş verir Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin təhlilini davam etdirir. BakuCity.az xəbər verir ki, bu dəfə piyadaların avtomobillərlə daha çox vurulduğu Heydər Əlieyev prospekti, 118 b və 132 ünvanlarında müşahidə aparılıb. Söhbət hazırda yeni tikilən piyada keçidinin yaxınlığından gedir. Yeri gəlmi...
Siyasət
"Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır" Kimsə işçiləri 8 saatdan artıq işlədirsə, cəzasını alacaq. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir: "Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir...
Cəmiyyət
Hövsan Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Hövsan Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzil İnşaatı Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Yasamal Yaşayış Kompleksində olduğu kimi, Hövsan Yaşayış Kompleksinin mənzilləri də ənənəvi olaraq 2 cür təmir edilib. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyf...
Cəmiyyət
İşlər yaxın günlərdə yekunlaşacaq Azərbaycandakı mayaklardan ən hündürü Gürgən qəsəbəsi ərazisində yerləşən Abşeron mayakıdır. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində tikilən dəniz mayakı hazırda təmir olunur. BakuCity.az Azvision.az-a istinadən məlumat verir ki, təmir işləri mayakın daxilində və fasadında aparılır. Yaxın günlər ərzində işlərin yekunlaşacağı bildirilir. Qeyd edək ki, 25 metr hündürlüyündə orijinal konstru...
Cəmiyyət
Onlarla sahibkara ziyan dəyib Bu gün Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğında onlarla sahibkara ziyan dəyib. BakuCity.az “Report”a istinadən yanğın ərazisindən videomaterialı təqdim edir. Həmçinin oxu: “Sədərək”də yanğın vaxtı bunu da etdilər - İDDİA Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə X...