2020-ci ildə qeyri-iş günləri açıqlandı - TƏQVİM

2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.  

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, 2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycanın Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli sərəncamına əsasən 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;
20 Yanvar – Ümumxalq Hüzn Günü;
8 Mart – Qadınlar günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
9 May – Faşizm üzərində Qələbə günü;
24, 25 may – Ramazan bayramı;
28 May – Respublika Günü;
15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü;
31 iyul, 1 avqust – Qurban bayramı;
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr– Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli sərəncamına və  “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir.

2020-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir.

Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Milli Məclis deputatlarının, Azərbaycan Prezidentinin, Azərbaycanda bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir. “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 5 dekabr tarixli  sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.   

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə  əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq Hüzn günü var (241+112+18+1-6=366).  

 Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 

2020-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 

Qanunvericiliyə uyğun olaraq 2020-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir (235x8 + 6x7 = 1922 saat). 

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq  tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat  (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. 

Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2020-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. 

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Qeyd edək ki, 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (http://sosial.gov.az/)  “Faydalı” bölməsində tanış ola bilərsiniz.  Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beşgünlük və altıgünlük iş həftələrində iş və istirahət günləri və iş vaxtı norması ilə əlaqədar işəgötürənlər üçün İzahat hazırlayıb ki, həmin İzahat da nazirliyin “Əmək müqaviləsi bildirişləri” altsistemində yerləşdirilib.

BakuCity.az

qeyri-iş günləri bayram təqvim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır. BakuCity.az xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün...
Cəmiyyət
Bolqarıstan millisinin futbolçusu Martin Raynov "Neftçi"nin maraq dairəsinə düşüb. BakuCity.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb. Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var. Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oy...
Cəmiyyət
Azərbaycanda koronavirusun daha çox təsir etdiyi sahələr açıqlanıb. Koronavirus təkcə can almaqla bitmir. Pandemiya bütün dünya ölkələrində olduğu kimi Azərbaycan iqtisadiyyatına da ziyan vurub. BakuCity.az xəbər verir ki, on minlərlə insan işini itirib. Koronavirusun təsir etdiyi sahələri isə saymaqla bitməz. Bunlardan biri də turizm sektorudur.  Bəlkə də dildə asan səslənsə də, amma bu sahədə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha cidd...
Cəmiyyət
Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub. BakuCity.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə və Sənaye naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib. Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddi...
Cəmiyyət
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər açıqlanıb BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir. • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla) • xüsusi təyinatlı, o cüml...
Cəmiyyət
Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub. BakuCity.az xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar. Həmçinin oxu: Fəttah Heydərov vəfat etdi Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (qafqazinfo) BakuCity.az
Kriminal
Sürücü yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib.  BakuCity.az xəbər verir ki, Saatlıda anadan olmuş Abbasov Elmir İsrail oğlu idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib.  Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi i...
Cəmiyyət
Fəttah Heydərov dünyasını dəyişib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib. Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (BakuPost) BakuCity.az
Cəmiyyət
Nəsimi rayonu, Abbas Səhhət küçəsinin  sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər.  BakuCity.az xəbər verir ki, sakinlər bildirirlər ki, adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir. Sakinlər bildirirlər ki, tiki...