Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvanla birləşdirilə bilər?

Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvanla birləşdirilə bilər?

Bunun üçün 280 km xətt Türkiyə ərazisində tikilməlidir

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb.

BakuCity.az"APA-Economics"ə istinadən məlumat verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi əngəllərə baxmayaraq hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir:

“Hazırda Qazaxıstan tərəfi ilə bu sahədə işlər aparılır və bunun nəticəsi olaraq əlavə 500-600 min tonun cəlb etmək mümkün olacaq”.

C.Qurbanov onu da əlavə edib ki, sözügedən xətlə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır:

“Bu yaxınlarda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Müvafiq sənədlər artıq hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək”.

BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı məsələyə gəldikdə, C.Qurbanov qeyd edib ki, bunun üçün 280 km xətt Türkiyə ərazisində tikilməlidir:

“Bu da 2 mlrd. ABŞ dollarına yaxın sərmayə tələb edir”.

BakuCity.az

Bakı-Tbilisi-Qars Naxçıvan dəmir yolu Cavid Qurbanov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər