Bakıdan müxtəlif şəhərlərə endirimli biletlər

Bakıdan müxtəlif şəhərlərə endirimli biletlər

AZAL-dan "Qış aksiyası" çərçivəsində yeni endirimli aviabiletlər

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviabiletlərə endirim kampaniyası elan edir.

Şirkətdən BakuCity.az-a verilən məlumata görə, aviabiletlərin 16 yanvar 2020-ci il tarixindən öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq:

- Bakı-Antalya-Bakı - 169 avro
- Bakı-İstanbul-Bakı - 179 avro
- Bakı-Ankara-Bakı - 189 avro
- Bakı-Almatı-Bakı - 189 avro
- Bakı-Tel-Əviv-Bakı - 229 avro
- Bakı-Berlin-Bakı - 269 avro
- Bakı-Paris-Bakı - 299 avro, yanvarın 29-dək reyslər
- Bakı-Milan-Bakı - 289 avro
- Bakı-London-Bakı - 389 avro

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib.

Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin, 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.

Həmçinin oxu: Bakıdan Lvova ucuz aviareys açılır

Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.

Uçuşlar 2020-ci il 15 yanvar - 29 fevral tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək mümkündür. Bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az saytında təqdim edilib.

Aviabiletləri www.azal.az saytından, AZAL-ın kassalarından və şirkətin rəsmi agentliklərindən əldə etmək olar. 

Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı və yaxud saytımızda əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz.

BakuCity.az

Bakı aviabilet endirim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər