Bakıda sənədsiz həyət evləri qeydiyyata alınır: Çıxarış veriləcək - VİDEO

Bakıda sənədsiz həyət evləri qeydiyyata alınır: Çıxarış veriləcək - VİDEO

Bəzi sənədsiz evlərdə ölçmə aparılmayıb

Bakının bir neçə rayonunda sənədsiz evlərin dövlət qeydiyyatına alınması məqsədilə işlərə başlanıb.

BakuCity.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, Nərimanov rayonu, "Xutor" deyilən ərazidə, 1-ci Şimal şitilliyi, 4-cü Aşırım və digər küçələrdə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması üçün mənzil və həyətyanı sahələrdə ölçmə işləri aparılıb. Sakinlərə isə bildirilib ki, ölçmə işlərinin aparılması yaxın vaxtlarda sənədsiz evlərə çıxarışların verilməsi məqsədi daşıyır.

Nərimanov rayonu 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Edson İmanovun sözlərinə görə, ərazidə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması işləri 90 faiz həyata keçirilib. Xüsusilə də "Xutor" ərazisində yüzlərlə sənədsiz həyət evində ölçmə işləri aparılıb və həmin evlər qeydiyyata alınıb.

Həmçinin oxu: Bakıda bu qəsəbə plana düşüb? - Siyahıyaalma başladı

Nəsimi rayonu 3-cü Alatava, Cəlil Məmmədquluzadə və bir neçə küçələrdə də müvafiq işlər görülüb. Lakin bəzi sənədsiz evlərdə ölçmə aparılmayıb.

Nəsimi rayon 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Mirnazir Əliyevin sözlərinə görə, rayon ərazisində olan sənədsiz evlər və həyətyanı ərazilərdə ölçmə işləri bu ilin sonuna kimi yekunlaşacaq. Qeydiyyata alınan sənədsiz evlərlə bağlı məlumatlar isə Nəsimi Rayon İcra Hakimiyyətinə təqdim ediləcək.

Qeyd edək ki, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı Bakıda bir neçə rayon İcra hakimiyyətlərində komissiya təşkil edilib.

BakuCity.az

Bakı həyət evləri çıxarış qeydiyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər