Bu azərbaycanlının boyu arta-arta gedir, Bakıdakı həkimlərə müraciət edəcək - VİDEO

Bu azərbaycanlının boyu arta-arta gedir, Bakıdakı həkimlərə müraciət edəcək - VİDEO

Boyu arta-arta gedir

O, insanlar arasında gəzəndə ucalığı ilə diqqət çəkir, bəzi insanlardan iki dəfə hündürdür.

BakuCity.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, söhbət Bərdə sakini, 24 yaşlı Elçin Hümbətovdan gedir.

E.Hümbətov deyir ki, balaca vaxtından hündürboy olub. Sonradan onun boyu anormal şəkildə artmağa başlayıb, boyu 10 sm artaraq hazırda 2 metr 15 sm-ə çatıb.

Bərdə sakini bildirir ki, boyunun uzun olmasının həm mənfi, həm də müsbət cəhətləri var. Hündürlüyünə görə əyninə paltar tapılmaması, yatacaq yerinin problemli olması ilə yanaşı, bəzi işlərdə hündürlüyündən yararlanır.

E.Hümbətov boyunun artmasını həkimlərlə də məsləhətləşib. Bildirilib ki, onun müalicəsi mümkündür. İndi o, müalicə üçün Bakıdakı həkimlərə müraciət edəcək.

BakuCity.az

Bakı Bərdə sakini ucaboy
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər