Gün ərzində su olmayacaq
Bu gün Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə BakuCity.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar dekabrın 18-da gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
BakuCity.az