Bakıda TürkPA-nın 9-cu plenar iclası keçiriləcək

Bakıda TürkPA-nın 9-cu plenar iclası keçiriləcək

Bakı Bəyannaməsi qəbul ediləcək

Bu gün Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) 9-cu plenar iclası keçiriləcək.

BakuCity.az məlumat verir ki, iclasdan öncə Assambleya Şurasının toplantısı olacaq, təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Milli Məclisə təhvil veriləcək.

Tədbirdə üzv ölkələrin parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən türkdilli dövlətlərin əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri qatılacaqlar.

Plenar iclasın gündəliyinə TürkPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir.

Plenar iclasın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

BakuCity.az

Bakı TürkPA plenar iclas
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər