Bakıda restoran sahibi rəqqasəni güllələdi: Samir Bağırov da orada olub - TƏFƏRRÜAT + VİDEO

Bakıda restoran sahibi rəqqasəni güllələdi: Samir Bağırov da orada olub - TƏFƏRRÜAT + VİDEO

Əvvəlcə qədəhi rəqqasənin başına vuraraq onu ağır yaralayıb

Bakıda baş vermiş və uzun müddət detalları gizli saxlanılan qətlin təfərrüatı məlum olub.

BakuCity.az Oxu24.com-a istinadən xəbər verir ki, rəqqasə Rasimə Bəşirova çalışdığı restoranda silahla başından vurularaq öldürülüb.

Qətl "Qarabağ" restoranının sahibi Şeyda Novruzov tərəfindən törədilib. Hadisəni törətdikdən sonra restoranın sahibi ölkədən qaçdığı üçün cinayət işinin detalları illər sonra məlum olub. Cinayət materiallarından əldə edilən məlumata əsasən, qətl zamanı müğənni Samir Bağırov, tanışı Sergey və digər şəxslər də orada olublar.

Həmçinin oxu: Bakıda quyudan meyiti tapılan şəxsi tanışları öldürüb - TƏFƏRRÜAT

Hadisə zamanı restoranın sahibi sərxoş vəziyyətdə restorana qayıdaraq əsəbi davranıb. O, rəqqasənin qulağına nəsə deyərək əsəbiləşib. Daha sonra qədəhi rəqqasənin başına vuraraq onu ağır yaralayıb. Bununla ürəyi soyumayan restoran sahibi tapançanı çıxararaq rəqqasəni başından vurub.

BakuCity.az

Bakı restoran rəqqasə qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər