4 milyon tondan çox tranzit nefti də nəql edilib
Bu ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 28,54 milyon tona yaxın neft nəql edilib.
BakuCity.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% azdır.
Hesabat dövründə BTC kəməri ilə 4,14 milyon tondan artıq tranzit nefti də nəql edilib. Bu, illik müqayisədə 30,8% azdır.
Komitənin məlumatına əsasən, ötən dövr ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 35,5 milyon tona yaxın neft nəql edilib (6,6%-lik azalma).
BakuCity.az