Bakıda kartla işləyən avtobusların sayı 500-ə çatıb

Bakıda kartla işləyən avtobusların sayı 500-ə çatıb

200 avtobus əsaslı təmir olunub

Hazırda Bakıda 500 sərnişin avtobusunda ödəniş nağdsız (kartla) həyata keçirilir.

Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 2019-cu ildə paytaxtda sərnişindaşıma üçün 371 yeni avtobus alınıb, 200 avtobus əsaslı təmir olunub.

Cari ildə 124 yeni dayanacaq pavilyonu quraşdırılıb, 8 avtobus parkı (qaraj) istifadəyə verilib, 10 marşrut xətti optimallaşdırılıb.

Bakı avtobus kart
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər