Bakıda mikroavtobus aşıb: ölənlər və yaralananlar var

Bakıda mikroavtobus aşıb: ölənlər və yaralananlar var

Yaralılardan birinin vəziyyəti ağırdır

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Səhiyyə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib.

Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

BakuCity.Az

Bakı yol qəzası mikroavtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər