Dövlət qurumundan siçanların məskən saldığı restoranla bağlı AÇIQLAMA

Dövlət qurumundan siçanların məskən saldığı restoranla bağlı AÇIQLAMA

Bakıda məşhur restoranda iyrənc mənzərə

Qida Təhlükəsizliyi Agentliyi Bakıdakı “Sofra” restoranının mətbəxində məişət əşyalarının içində siçanların gəzişməsi ilə bağlı məsələni araşdırmağa başlayıb.

Bu barədə BakuCity.az-a Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı məlumatlar mediadan götürülərək dərhal araşdırmalara başlanılıb:

“Hazırda bu istiqamətdə mütəxəssislər tərəfindən araşdırmalar aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”.

Həmçinin oxu: Bakıda məşhur restoranda siçanlar məskən salıb - FOTO

Qida sahəsindəki neqativ hallar barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat vermək olar.

Xatırladaq ki, yayılan fotolardan sözügedən məkanın mətbəxində siçanların məskən salaraq məişət əşyalarının arasında gəzişdiyi görünür.

BakuCity.az

Bakı restoran antisanitariya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər