İlin son gecəsinə az qaldı
Yeni il gecəsi toplaşdığımız hər hansı bir məkanda – klubda, restoranda və ya evdə xüsusilə gözəl görünməyə çalışırıq. Gələn ilin simvolu zəriflik və firavanlıq rəmzi olan ağ metal rəngli siçan olacaq.
Stilist, moda bloqeri Aynur Gözəl BakuCity.az-a açıqlamasında ilin son gecəsi üçün necə geyim seçməkdən danışıb.
Onun sözlərinə görə, demək olar, hər il bayram üçün ən çox üstünlük verilən seçim parlaqlıq və dəbdəbədir:
“Bayram gecəsi, əsasən, əlvanlıqla, parlaqlıqla göz oxşamağa üstünlük verilir. Hər şey “Disco Ball” adlanan tərzdə olmalıdır. Buna görə qısa parlaq paltarlar daha aktual olacaq".
A.Gözəl qeyd edib ki, Yeni il gecəsindəki parlaqlıq kişilərin qarderobunda da özünü göstərməlidir. Məsələn, kişilər parlaq köynək geyinə bilərlər. Həmin axşam klassik geyimlərdən uzaqlaşmalı və çox populyar olan “Party” stilini sınamalısınız:
"Rəng seçimində də əlvanlığa önəm verilməlidir: moruq, şərab rəngli, yaşıl, bənövşəyi, boz, qırmızı və qara. Rəng seçiminə çox da vaxt ayırmayın, əsas odur ki, əlvan olsun. Bu il partilərin əksəriyyəti 80-90-cı illərin üslubunda təşkil ediləcək. Artıq bu tendensiya geyimdə aktualdır, buna görə də ziyafətlərin tematikası da buna uyğun olacaq.
Həmçinin oxu: Evdə bayram ab-havası yaratmaq neçəyə başa gəlir? - Yarmarkalardakı QİYMƏTLƏR
Təbii ki, Yeni il gecəsi üçün stil və makiyaj haqqında çox danışa bilərik, amma bu mövsümün əsas tendensiyası, qeyd etdiyim kimi, qatılacağınız ziyafətin tərzidir. Əlbəttə ki, Yeni ili harada və necə qeyd etməyi planlaşdırmağınızdan da çox şey asılıdır”.
Stilist, həmçinin güclü cinsin nümayəndələrinin Yeni ili necə qarşılayacağına da toxunub:
“Kişilərə Yeni il gecəsi ciddi kostyum geyinməyi məsləhət görmürəm. Bu, həm narahatlıq yaradır, həm də bu ilin tərzinə uyğun deyil. Əgər qarşı cinsdən olan kimlərsə ölkəmiz üçün xarakterik olan geyimləri sevmirsə, həmin adamlara maraqlı şəkilli və bəzəkli fanti tişört geyinməyi məsləhət görərdim. Əlvan rəngli corablardan da istifadə etmək olar. Əsas odur ki, bayramın keçiriləcəyi yeri və şənliyin tərzini düzgün müəyyənləşdirək”.
Öz növbəsində, stilist Fəridə Həsənova paytaxt mağazalarında Yeni il gecəsinə tam uyğun gələn kostyumlar barədə məlumat verib:
“Əlbəttə, özünüzü rahat hiss etdiyiniz paltarları geyinmək yaxşıdır. Təbii ki, bayram paltarı seçmək şənliyin keçiriləcəyi yerdən asılıdır, çünki uyğunluq həmişə vacibdir. Korporativ üçün şalvarlı kostyum, lələklərlə və ya piləklərlə bəzədilmiş atlaz materialdan kombinezon, yaxud gecənin əlamətdarlığını bildirən elementlərdən hazırlamış geyimlər daha çox uyğundur. Ciddi kostyumlar geyinərkən iri aksesuarlar – sırğalar, boyunbağılar, kəmərlər və açıq tuflilərə üstünlük verilməlidir”.
Stilist restoranda və ya qonaqlıqlarda Yeni il gecəsi üçün açıq, tül köynəklər (orqanza) geyinməyi, bunları 80-90-cı illərin üslubundakı dəri şalvar və ya yubkalarla uyğunlaşdırmağı məsləhət görür:
“Yeni ildə kişilərə geyimlərində Britaniya və ya Amerika tərzində seçim etməyi məsləhət görürəm: klassik kostyum, dama-dama köynək, fərqli və ya ayaqqabı”.
Yerli mağazalarda stilistlərin qeyd etdiyi trendləri tapmaq çətin deyil. Oxuculara bayram gecəsi üçün ən aktual qadın geyim brendlərini, habelə onların qiymətlərini təqdim edirik:
MANGO | |||
Atlaz paltar | 169, 90 AZN | ||
Həcmli qolları olan orqanza bluz | 109, 90 AZN | ||
Kombinezon | 139,90 AZN | 109,90 AZN | 65,90 AZN |
Qısa paltar | 69,90 AZN | ||
Piləkli kostyum | 189,90 AZN | ||
Uzun qara paltar | 199,90 AZN | ||
Piləkli kombinezon | 279,90 AZN |
Stradivarius | ||
Süni dəridən yubka | 49 AZN | |
Qısa paltar | 79 AZN | |
Piləkli yubka | 59 AZN | |
Metal bəzəkli şalvar | 59 AZN | |
Şəffaf bluz | 59 AZN | |
Süni dəridən şalvar | 55 AZN | 59 |
Bershka | ||||
Piləkli şalvar | 89 AZN | |||
Piləkli paltar | 99 AZN | 119 AZN | 139 AZN | |
Qısa paltar | 79 AZN | 119 AZN | 99 AZN | 69 AZN |
Orqanza bluz | 55 AZN | |||
Kombinezon | 89 AZN | |||
Piləkli pencək | 99 AZN | 119 AZN |
Zara | ||||||
Piləkli paltar | 219 AZN | 89 AZN | 239 AZN | 179 AZN | 149 AZN | 219 AZN |
Metal rəngli paltar | 109 AZN | 89 AZN | 219 AZN | 69 AZN | ||
Orqanza paltar | 149 AZN | |||||
Həcmli qolları olan bluz | 89 AZN | 79 AZN | ||||
Velvet kostyum | 388 AZN |
Massimo Dutti | ||
Kombinezon | 259 AZN | |
Piləkli pencək | 329 AZN | |
Parlaq paltarlar | 329 AZN | |
Orqanza Bluz | 149 AZN | 199 AZN |
Orqanza paltar | 259 AZN | |
Parlaq şalvarlar | 179 AZN |
Yeni il gecəsində hər kəsə parlaq olmağı arzulayırıq!
Züleyxa İsmayılova
BakuCity.az