"Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO

"Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO

Teatr dekabrın 19-da qala konsertlə qastrol səfərini başa vuracaq

"Sankt-Peterburq Opera" Dövlət Kamera Musiqili Teatrı Bakıda "Mirvari axtaranlar" tamaşasını təqdim edib. 

BakuCity.az-ın məlumatına görə, dekabrın 17-də "Sankt-Peterburq Opera" Teatrı Azərbaycan Opera və Balet Teatrının səhnəsində Jorj Bizenin "Mirvari axtaranlar" operasının möhtəşəm premyerasını təqdim edib.

Aktyorların bənzərsiz oyunu və ehtiraslı ifaları Bakı tamaşaçısını heyran edib. Opera fransız dilində olsa da, monitorlar vasitəsilə rus dilində altyazılarla təqdim edilib ki, hər kəs tamaşanı anlaya bilsin. 

Səhnə əsərinin rejissoru teatrın bədii rəhbəri, Rusiyanın Xalq artisti Yuri Aleksandrov, quruluşçu rəssamı Vyaçeslav Okunev, rejissorları Tatyana Karpaçova, Natalya Çernikova, Darya Modzalevskaya, dirijoru isə Maksim Valkovdur. 

Ötən il ərzində teatr Fransa, Finlandiya, Polşa, Latviya, Estoniya və Azərbaycanda qastrollarda olub. Rusiyanın "Musiqini görmək" IV Ümumrusiya Musiqili Teatr Festivalında (Moskva), "Volqa Teatr Mövsümü" Ümumrusiya Festivalında (Samara), "Sankt-Peterburq Uşaq Teatrları" festivalında (Sankt-Peterburq) iştirak edib.

Qeyd edək ki, dekabrın 18-də Opera və Balet Teatrında Şarl Qunonun "Faust" operası təqdim ediləcək. Dekabrın 19-da Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçiriləcək qala konsertlə “Sankt-Peterburq Opera” Teatrı qastrol səfərini başa vuracaq. 

İnformasiya dəstəyi – BakuCity.az

"Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-1 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-2 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-3 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-4 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-5 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-6 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-7 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-8 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-9 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-10 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-11 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-12 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-13 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-14 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-15 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-16 "Sankt-Peterburq Opera" Teatrı Bakı səhnəsində "mirvari axtardı" - FOTO, fotoşəkil-17

Züleyxa İsmayılova

Video – Aleksandr Mirzəzadə

BakuCity.az

Bakı "Sankt-Peterburq Opera" Teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər