Yaralılardan birinin vəziyyəti ağırdır
Bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasının görüntüsü yayılıb.
BakuCity.az xəbər verir ki, mikroavtobusun aşması nəticəsində bir nəfər hadisə yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Digər yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.