Paytaxt restoranları Yeni il üçün müştərilərinə nələr təqdim edəcək? - FOTO

Paytaxt restoranları Yeni il üçün müştərilərinə nələr təqdim edəcək? - FOTO

Yeni ili Bakıda harada qeyd etmək olar?

Zəngin Yeni il süfrəsi hazırlamaq üçün xeyli pul və zəhmət sərf edə bilərsiniz. Eyni məbləği bayramı həm də paytaxtın bəzi restoranlarda hazır şou proqramı və maraqlı sürprizlərlə qeyd etməyə xərcləyə bilərsiniz.

BakuCity.az paytaxt sakinləri və qonaqları üçün xüsusi Yeni il proqramının hazırlandığı məkanlara nəzər salmağı təklif edir.

“Bool Bool Dog” restoranından ilin son gecəsi üçün ziyafət hazırladıqlarını bildiriblər:

“Bizdə məşhur DJ-lərimiz, xüsusi şou proqram, hədiyyələr, müxtəlif əyləncəli oyunlar, müsabiqələr və “Welcome” Drinks olacaq”. 

31 dekabrda standart menyuları olacaq, arzu edənlər bu menyu üzrə sifariş verə bilərlər. Bundan əlavə, bayram menyusu üçün üç seçim təqdim olunur: mini seçim – bir şüşə şampan və qəlyanaltılar; orta seçim – soyuq və isti qəlyanaltılar, 2-3 növ spirtli içki; maksimum dəst – çox sayda müxtəlif qəlyanaltılar, salatlar, isti yeməklər və alkoqollu içkilər.

“Əsas məqsədimiz hər şeyi elə hazırlamaqdır ki, qonaqlarımız rahat olsun. Buna görə də belə bir menyu hazırlayırıq ki, hər kəs rahat seçim edə bilsin. Mətbəx tam iş rejimində çalışacaq. Əlbəttə ki, masalar əvvəlcədən sifariş olunmalıdır. Lakin boş yerlərimiz olarsa, qonaqları bronsuz qəbul etməkdən də məmnun olarıq. Boş oturacaqlar yoxdursa, barda oturmağı təklif edə bilərik. Hər halda maksimum çalışacağıq ki, bütün qonaqları məmnun edək!” - restorandan qeyd ediblər.

İaşə müəssisəsində xidmət Avropa üslubunda olduğu üçün dekabrın 31-də də restoran öz konseptinə sadiq qalacaq. Menyuda ənənəvi Yeni il yeməkləri olmayacaq.

Həmçinin oxu: Yeni ili Bakının hansı restoranında qeyd edək? - Bayram proqramı + QİYMƏTLƏR

“Ləziz yeməklər bişirən mükəmməl aşpazımız var. Bu xidmət “Mişlen” ulduzu ilə qeyd olunan heç bir Avropa restoranından pis deyil”, - restorandan deyiblər.

Bildirilib ki, bir müddət əvvəl menyularına Asiya yeməklərindən də əlavə olunub. Tövsiyə olunur ki, qonaqlar mütləq bəzi ekzotik yeniliklərin dadına baxsınlar:

“Bütün bu yeməklər olduqca maraqlı formada, müxtəlif Asiya sousları ilə ənənəvi tərzdə təqdim edilir. Müştərilərimizə əsas restoran menyumuzdan məşhur steyklərimizi, şorbalarımızı, klassik salatlarımızı dadmağı da məsləhət görürük”. 

Yeni il gecəsi restoran səhər saat 5-ə qədər açıq olacaq, şənlik proqramı bu müddət üçün hazırlanıb, lakin ehtiyac olarsa, “Bool Bool Dog” son qonağına qədər işləməyə hazırdır. Həmin gecə yer bron etmədən gələnlər üçün “facecontrol” nəzərdə tutulub.

Paytaxt restoranları Yeni il üçün müştərilərinə nələr təqdim edəcək? - FOTO, fotoşəkil-1 Paytaxt restoranları Yeni il üçün müştərilərinə nələr təqdim edəcək? - FOTO, fotoşəkil-2 Paytaxt restoranları Yeni il üçün müştərilərinə nələr təqdim edəcək? - FOTO, fotoşəkil-3 Paytaxt restoranları Yeni il üçün müştərilərinə nələr təqdim edəcək? - FOTO, fotoşəkil-4 Paytaxt restoranları Yeni il üçün müştərilərinə nələr təqdim edəcək? - FOTO, fotoşəkil-5 Paytaxt restoranları Yeni il üçün müştərilərinə nələr təqdim edəcək? - FOTO, fotoşəkil-6 Paytaxt restoranları Yeni il üçün müştərilərinə nələr təqdim edəcək? - FOTO, fotoşəkil-7 Paytaxt restoranları Yeni il üçün müştərilərinə nələr təqdim edəcək? - FOTO, fotoşəkil-8

Əlavə edilib ki, restoran məşhur “Bacardi” şirkəti ilə sıx əməkdaşlıq edir, buna görə də müsabiqələrdə “Bool Bool Dog” barından, həmçinin “Bacardi” markasından hədiyyələr və sürprizlər təqdim olunacaq:

“Biz maraqlı oyunlar keçirəcək, qaliblərimizi müxtəlif hədiyyələrlə mükafatlandıracağıq. Salonun Yeni il dekorasiyasına gəldikdə, özəl üslubda bəzədilmiş qeyri-adi yolka ağacımız olacaq”.

“Bool Bool Dog”un heç kəsin laqeyd qalmayacağı kokteyl barı da var. Burada peşəkar barmenlər tərəfindən hazırlanan dadlı və qeyri-adi kokteyllərdən ləzzət ala bilərsiniz. Qənnadı sənəti üzrə Azərbaycan çempionu olan şirniyyatçının hazırladığı orijinal təamların, desertlərin dadına baxmağa dəyər. 

Həmçinin restoranın öz parkı var ki, burada avtomobillərinizi rahat şəkildə saxlaya bilərsiniz.

Ünvan: Xocalı prospekti, 14
Əlaqə: (051) 422 22 62

“Khachapuri Garden Baku” restoranı da qonaqları üçün əlvan Yeni il proqramı hazırlayıb.

Dekabrın 31-də restoranda reper Qurd və müğənni Orxan Əliyev kimi sənətçilər olacaq, eyni zamanda, gürcü rəqs şouları nümayiş olunacaq.

Əlbəttə ki, Şaxta baba və Qar qız da qonaqlarla birgə şənlənəcəklər. Uşaqların əyləncəsi isə animatorlara həvalə olunub.

Şənlik menyusunun qiyməti bir nəfər üçün 50 manatdan başlayır.

Ünvan: Məhsəti Gəncəvi, 25/34 (“Neftçilər” metro stansiyasının yaxınlığı, 8-ci KM)
Əlaqə: (050) 553 44 00

Züleyxa İsmayılova

BakuCity.az

Bakı Yeni il restoranlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər