Yol hərəkətində təzadlar
Bakı-Dairəvi yolunda qəribə mənzərə yaranır: qayda pozan sürücülər cərimələnmir, qayda pozmayanlar isə yol polisi tərəfindən saxlanılır.
BakuCity.az xəbər verir ki, Avtosfer.az-ın təqdim etdiyi ilk görüntüdə avtomobil bazarı istiqamətinə gedən yolda sürücülər həm yolun hərəkət hissəsində yerləşmə qaydasını pozur, həm də təhlükəsizlik adacığına çıxırlar. Lakin yol polisi sürücülərin heç birini saxlamır.
İkinci görüntüdə isə sürücü heç kimə mane olmadan qaydalar çərçivəsində hərəkət edir, lakin yol polisi həmin sürücüyə saxla əmri verir.