Rusiyanın 9 şəhərindən Bakıya birbaşa aviareyslər açılacaq

Rusiyanın 9 şəhərindən Bakıya birbaşa aviareyslər açılacaq

Uçuşlar həftədə iki dəfə olacaq

"İkar" aviaşirkəti (Krasnoyarsk, "Pegas Fly" ticarət nişanı) Rusiyanın 9 şəhərindən Bakıya müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsinə dair razılıq əldə edib.

BakuCity.az-ın məlumatına görə, barədə "APA-Economics" Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi yanında İdarələrarası Komissiyanın iclasının çərşənbə günü dərc edilmiş materiallarına istinadən xəbər verir.

Həmçinin oxu: Bakıdan müxtəlif şəhərlərə endirimli biletlər

"Pegas Fly" həftədə iki dəfə Yekaterinburq, Kazan, Krasnodar, Mineralnıye Vodı, Orenburq, Perm, Rostov, Samara və Ufadan Azərbaycan paytaxtına uçuşları həyata keçirəcək.

BakuCity.az

Bakı Rusiya aviareys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər