Qız qalası və Şirvanşahlar sarayı ilə bağlı ŞAD XƏBƏR

Qız qalası və Şirvanşahlar sarayı ilə bağlı ŞAD XƏBƏR

Şəki Xan sarayı da siyahıya əlavə olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib.

Qoruq İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclası keçirilib.

Yekun sənədə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib. Qız qalası və Şirvanşahlar saray kompleksi də qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olunub.

Bundan başqa, Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır. Ümumilikdə, 117 tarix və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, İSESKO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması, qorunması sahəsində fəaliyyətin gücləndirilməsi prioritet elan edilib. 

BakuCity.az

İçərişəhər Qız qalası Şirvanşahlar sarayı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər