Sürücülərə XƏBƏRDARLIQ: Ara məsafəsini gözləyin!

Sürücülərə XƏBƏRDARLIQ: Ara məsafəsini gözləyin!

Sürücülər ara məsafəsini gözləməlidirlər

Bakının əsas magistrallarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomobil magistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd hərəkətin təhlükəziliyini təmin etməkdir.

Hərəkət iştirakçılarından bu cür hava şəraitində ehtiyatlı olmaları xahiş olunur. Sürücülər mütləq şəkildə ara məsafəsini gözləməlidirlər.

BakuCity.az

Bakı yollar sürət həddi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər